Nəinki Bakida, eləcə də Kiyevda ən güclü stilistlərdən biridir. Kiçik yaşlarında saç ustası olmağı heç ağlına gətirməzdi, amma təsadüfən sənətə gələn Aydın bu peşəyə aşiq olub. İlk addımları qardaşı ilə edərək, ustalığı öyrənirdi, amma tədricən müxtəlif seminar və master-klaslarda iştirak edərək, biliklərini artırırdı.
Vladimir Tarasyuk adına Akademiya, ErteQoob, Dessang, Toni&Guy kimi tanınmış gözəllik məktəblərində bu sahə üzrə təhsil alıb. Artıq 12 ildir ki bu peşə üzrə çalışır və qeyd olunan müddət ərzində sevilib seçilən stilistə çevrilib. Ancaq bununla Aydın kifayətlənmir, gözəllik sənayesinin yeniliklərini izləyərək, biliklərini inkişaf etdirir.
Qeyd edək ki, İra nəinki qadın, eləcə də kişi saç kəsimləri üzrə mütəxəssisdir.
Ira
Hal hazırda İra ən məşhur ustalardan biridir, müasir saç kəsimi texnikasına sahibdir. Dəbdə olan yenilikəri yüksək səviyyədə bilən İra, Darag salonunda art director kimi çalışır. Аni bir gözəllik salonu sahibi olmaq fikri ilə вu sənətə gəlib və ilk təhsilini Afina şəhərində məşhur saç akademiyalarından birində alıb. Təhsilini bitirdikdən sonra müsabiqəyə qatılaraq, yaratdığı qeyri-adi obraza və istedadına görə qalib elan edilib. İşinin növbəti mərhələsini Taşkent şəhərində davam edərək, təcrübəsini daha da artırıb. Saç düzümlərində ən fərqli ideyalardan istifadə edir və peşakarlığına görə müştərilərinin sevimlisinə çevrilib.
Qeyd edək ki, İra nəinki qadın, eləcə də kişi saç kəsimləri üzrə mütəxəssisdir.
Isa
Şəhərin istedadlı ustalarından biridir. Saç kəsimi, saç düzümü, saç rəngləmə sistemləri üzrə mütəxəssisdir. Daimi olaraq master-klass və təlimlərdə iştirak edir. Gənc yaşlarından bu sənətə başlayan İsa, bu sahədə ilk təhsilini İstanbulda alıb. Uzun müddət Aksarayda böyük salonlardan birində çalışaraq, bilik və təcrübəsini artırıb. Hazırda peşakar stilist sevimli işini Daraq salonunda davam etdirir.
ZAMINA
Saç düzümü üzrə mütəxəssisdir. Eyni zamanda da saç rəngləmə və saç baxım prosedurları üzrə ustadır. Sənətə olan həvəs hələ uşaq yaşlarından ilk dəfə gözəllik salonuna gedərkən yaranmışdır. Tədricən bu həvəs arzuya və böyük məqsədə çevrildi. Bu sahədə ilk təhsilini Krasnoyarsk şəhərində Pivot-Point texnikalı böyük akademiyada almışdır. Həm fərziyyə, həm də praktik iş üzərindən davam edən 6 aylıq təhsildən sonra kiçik salonda təcrübəsini davam etdirərək, biliklərini artırmışdır. Artıq 7 ildir ki, peşakar stilist kimi çalışır. Bakinın böyük və tanınan salonlarından birində uzun müddət işlədikdən sonra sevdiyi işini Daraq salonunun kreativ və cavan komandası ilə davam etdirir.
Sonya
Peşakar stilist-vizajıst. Stilistlər ailəsindən olan Sonya daha kiçik yaşlarından bu sənətə böyük həvəslə yanaşıb. İstedadını Rəssamlıq akademiyasının Rəngkarlıq fakültəsində inkişaf etdirərək, rəngləri dərindən duyurdu və təhsilini bitirdikdən sonra vizajıst kimi davam etməyə qərar verib. Müxtəlif master klasslarda və seminarlarda iştirak edib, gənc yaşında artıq ən kreativ və sevilən vizajıstlardan hesab edilir. Art vizaj və gəlinlik obrazları üzrə mütəxəssisdir.